Hami Aksoy: ‘‘Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışı qınayırıq’’

Türkiyә XİN  Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışı qınadı.

1532830
Hami Aksoy: ‘‘Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışı qınayırıq’’

 

Türkiyә XİN  Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışı qınadı.

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy  Aralıq dәnizindәki Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışla bağlı verdiyi yazılı açıqlamada qeyri-qanuni şәkildә aparılan axtarışı qınadıqlarını bildirib.

Hami Aksoy deyib: ‘‘Gәmimizdә aparılan qeyri-qanuni axtarışı qınayırıq.Beynәlxalq sularda ticarәt gәmilәrinә müdaxilә edә bilmәk üçün  aid olduğu ölkәdәn icazә alınmalıdır. Liviyanın silah embarqosuna dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri bu öhdəliyi aradan qaldırmır’’.

Qeyd edәk ki, Türkiyә bayrağı daşıyan ROSELİNA-A adlı gәmi İstanbuldan Liviyaya humanitar yardım daşıyırdı.

Gәmi dünәn gecә radәlәrindә  Yunanıstan Donanması rәhbәrliyindәki alman freqatı tәrәfindәn Mora yarımadasının cәnub-qәrbindә qeyri-qanuni şәkildә dayandırılmışdı.

Mәlumatda hәrbçilәrin Türkiyәdәn icazә almayaraq vә bütün xәbәrdarlıqlara baxmayaraq gәmidәki bütün konteynerlәri açaraq axtarış apardığı bildirilib. Edilәn qeyri-qanuni müdaxilә Türkiyәnin etirazları nәticәsindә sona çatdı.

 



Әlaqәli Xәbәrlәr