Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyə hərbçiləri Rusiya Federasiyası ilə birlikdə Dağlıq Qarabağda monitorinq mərkəzində bir il ərzində olacaqlar.

1532080
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

 

Türkiyə hərbçiləri Rusiya Federasiyası ilə birlikdə Dağlıq Qarabağda monitorinq mərkəzində bir il ərzində olacaqlar.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən verilәn bәyanatda  bildirilib.

Bәyanatda hәmçinin Türkiyә Silahlı Qüvvәlәrinin Egey vә Şәrqi Aralıq dәnizlәrindә Türkiyәnin vә Şimali Kıbrıs Türk Cümhuriyyәtinin haqq vә maraqlarını müdafiә etmәyә, Kıbrıs adasında sülh vә tәhlükәsizliyin tәminatı olmağa davam edәcәyi bildirildi.

Terrorla mübarizәyә dә toxunulan bәyanatda son bir ayda keçirilәn 31 әmәliyyat nәticәsindә 80 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Bәyanatda ‘‘Pәncә’’ әmәliyyatları nәticәsindә bu günәdәk 348 terrorçunun zәrәsizlәşdirildiyi vә әmәliyyatlar nәticәsindә tәslim olan vә qaçan terrorçu sayında da artım olduğu qeyd olunub.

 



Әlaqәli Xәbәrlәr