Hami Aksoy Yunanıstan Xarici İşlәr Nazirliyinin bәyanatına münasibәt bildirib

Türkiyәnin Xarici işlәr Nazirliyinin sözçüsü Hami Aksoy bildirib ki, Türkiyә hәr Navtex elan etdiyi zaman Yunanıstan bәyanat vermәk әvәzinә görüşmәklә bağlı edilәn çağırışlara cavab verә bilәr.

1531952

Hami Aksoy Yunanıstan Xarici İşlәr Nazirliyinin Türkiyәnin Şәrqi Aralıq dәnizindә apardığı seysmik fәaliyyәtlәrlә bağlı dünәn yayımladığı bәyanatda ‘‘Oruç Reis’’ gәmisinin Türkiyәnin dәnizdibi sahәsindә hәyata keçirdiyi axtarış-kәşfiyyat fәaliyyәtlәri ilә bağlı etirazlarını tәkrarladığını bildirib.

Hami Aksoy deyib: ‘‘Türkiyә Şәrqi Aralıq dәnizindә öz vә Kıbrısdakı türklәrin haqq vә maraqlarını qәtiyyәtlә müdafiә etmәyә  davam edәcәk. Yunanıstan hәr Navtex elan etdiyimiz zaman bәyanat vermәk әvәzinә görüşmәklә bağlı çağırışlarımıza müsbәt cavab vermәlidir’’.

Әlaqәli Xәbәrlәr