"Türkiyə iqtisadiyyatda və demokratiyada yeni bir yüksəliş prosesinə qədəm qoyacaq", R. T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iqtisadiyyatda və demokratiyada yeni bir yüksəliş prosesinə daxil olacağını bildirib.

1531359
"Türkiyə iqtisadiyyatda və demokratiyada yeni bir yüksəliş prosesinə qədəm qoyacaq", R. T. Ərdoğan

Türkiyəni iqtisadiyyatda və demokratiyada yeni bir yüksəliş prosesinə daxil etmək qərarına gəldik.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda TÜYAP Sərgi və Konqres Mərkəzində “MUSİAD Expo 2020” sərgisində çıxışı zamanı bildirib.
Ərdoğan bir ölkə olaraq həm millətin sağlamlığını qorumağa, həm də istehsal və məşğulluğun fasiləsiz davam etməsini təmin etməyə cəhd etdiklərini söyləyib. 
Yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizə üçün lazım olan hər şeyi etdiklərini və elm adamlarının tövsiyələri istiqamətində lazımi addımları atdıqlarını söyləyən Ərdoğan "Şərtləri ən doğru şəkildə qiymətləndirərək bu prosesi bir fürsətə çevirməkdə qərarlıyıq. Həm də epidemiyanın ikinci dalğasının bütün dünyanı bürüdüyü bir dövrdə nisbətən daha yaxşı vəziyyətdəyik" deyib.



Әlaqәli Xәbәrlәr