Milli Müdafiə Nazirliyi Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurulmasının 37-ci ildönümünü qeyd etdi

Milli Müdafiə Nazirliyi verdiyi açıqlamada "Türkiyə 1974-cü ildə necə ki, Kıbrıs Türkü qardaşlarının yanında oldu isə, bu gün də yenə eyni ruhla Kıbrıs Türkünün yanındadır" deyə bildirib.

1528008
Milli Müdafiə Nazirliyi Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurulmasının 37-ci ildönümünü qeyd etdi

Milli Müdafiə Nazirliyi Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin qurulmasının 37-ci ildönümünü qeyd etdi.
Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada "37 il əvvəl öz müqəddəratını təyin edərək müstəqilliyini və azadlığını elan edən Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurulmasının ildönümü mübarək olsun" ifadəsi yer alıb. 
Açıqlamada "Türkiyə 1974-cü ildə necə ki, Kıbrıs Türkü qardaşlarının yanında oldu isə, bu gün də yenə eyni ruhla Kıbrıs Türkünün yanındadır" deyə vurğulanıb.
Kıbrısda 1960-cı ildə Adanın iki xalqı olan Türklər və Rumlar arasında ortaqlıq əsasına söykənən beynəlxalq razılaşmalara görə, "Kıbrıs Cümhuriyyəti" quruldu.
Ancaq Rumların Türklərə qarşı həyata keçirdiyi hücumlar və embarqolar 1963-1974-cü illər arasında artaraq davam etdi.
1967-ci ildə Yunanıstanda hakimiyyəti ələ keçirənxuntaçılar da Kıbrısdakı xuntaçılar da Kıbrısda Türkləri hədəf alan hücumlar təşkil etdilər.
Türkiyənin razılaşmalara əsaslanan müdaxilə haqqına əsasən, Kıbrıslı Türklərin təhlükəsizliyini təmin etmək üçün 20 iyul 1974-cü ildə Kıbrıs Sülh Hərakatına start verdi.
Beləliklə Kıbrısın Yunanıstana ilhaqının qarşısı alındı və Kıbrıs Türk xalqının mövcudluğu da zəmanət altına alındı. Hərəkatın uğurla başa çatmasından sonra 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövləti quruldu.
Kıbrıs Türk Federal Məclisi 15 noyabr 1983-cü ildə Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurulmasını və müstəqillik elan edilməsini yekdilliklə təsqid etdi.



Әlaqәli Xәbәrlәr