Ərdoğan Co Baydeni prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbəsinə görə Respublikaçılar Partiyasından olan namizəd Cozef Baydenə məktub ünvanlayıb və onu qələbə münasibətilə təbrik edib.

1525497

Prezident Aparatının Metbuat Xidmetinin yaydığı açıqlamaya göre dövlet başçısı mektubunda deyib ki, Siz vitse-prezident vəzifəsində işlədiyiniz vaxtlarda dəfələrlə müzakirə etdiyimiz kimi, Türkiyə ilə ABŞ arasındakı münasibətlər köklü təməllərə söykənən strateji bir münasibətdir. Bu gün qlobal və regional səviyyədə qarşılaşdığımız çətinliklər ortaq maraqlara və dəyərlərə söykənən münasibətləri daha da inkişaf etdirməyimizi və gücləndirməyimizi tələb edir. Qarşıdan gələn dövrdə ABŞ rəhbərliyilə bu istiqamətdə yaxın əməkdaşlıq edəcəyimizi təkrar edir, ölkələrimiz arasındakı güclü əməkdaşlığı və müttəfiqlik əlaqəsinin indiyədək olduğu kimi gələcəkdə də dünya sülhünə töhfə verməkdə davam edəcəyinə inanıram. Seçkidə əldə etdiyiniz uğura görə təbrik edirəm, ABŞ xalqının sülh və rifahı üçün ən səmimi diləklərimi çatdırıram.

Dövlət başçısı ayrıca, ABŞ seçkilərində uduzan Donald Trampa da mesaj göndərərək "Türkiyə-ABŞ əlaqələrinin ortaq maraqlar və dəyərlərə əsaslı şəkildə inkişaf etməsi üçün ortaya qoyduğunuz səmimi və qətiyyətli mövqeyinizə görə təşəkkür edirəm" deyib. 

Әlaqәli Xәbәrlәr