Terrorla mübarizə çərçivəsində PKK üzvü 5 terrorçu zərərsizləşdirilib

Hakkari vilayətinin Şemdinli sərhəd bölgəsində terror təşkilatı PKK-nın üzvü olan 5 terrorçu zərərsizləşdirilib.

1522109
Terrorla mübarizə çərçivəsində PKK üzvü 5 terrorçu zərərsizləşdirilib

Hakkari vilayətinin Şemdinli sərhəd bölgəsində terror təşkilatı PKK-nın üzvü olan 5 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyi "Twitter" hesabında Hakkari Şemdinli sərhəd bölgəsində zərərsizləşdirilən terrorçu sayının 5-ə yüksəldiyini açıqlayıb.

Milli Müdafiə Nazirliyi terrorla mübarizə çərçivəsində əməliyyatların davam etdiyini bildirib. 

Davam edən əməliyyat nəticəsində 5 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.

Milli Müdafiə Nazirliyi "Şemdinli Balkayalar bölgəsində zərərsizləşdirilən 5 PKK-lı terrorçunun Derecik bölgəsində yol inşaatında işləyən və evinə çörək aparmaqdan başqa məqsədi olmayan günahsız işçi qardaşlarımıza hücum edən terrorçu qrupdan olduğu müəyyən edildi. Şəhid işçilərimizin qanı yerdə qalmadı, qalmayacaq. Bölgədəki bütün terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir" açıqlamasını yayıb.



Әlaqәli Xәbәrlәr