İzmirdә baş verәn zәlzәlә qurbanlarının sayı 83 nәfәrә çatıb

Әtraf mühit vә şәhәrsalma naziri Murat Kurum zәlzәlә nәticәsindә hәyatını itirәnlәrin sayının 83-ә, 962 nәfәrin dә xәsarәt aldığını deyib.

1520184
İzmirdә baş verәn zәlzәlә qurbanlarının sayı 83 nәfәrә çatıb

 

İzmirdә baş verәn zәlzәlә nәticәsindә hәyatını itirәnlәrin sayı 83 nәfәrә çatıb.

Әtraf mühit vә şәhәrsalma naziri Murat Kurum zәlzәlә nәticәsindә hәyatını itirәnlәrin sayının 83-ә, 962 nәfәrin dә xәsarәt aldığını deyib.

Nazir Murat Kurum 4-ü ağır olmaqla 9 nәfәrin xәstәxananın reanimasiya şöbәsindәki müalicәsinin davam etdiyini deyib.

Kurum 11 binada axtarış-xilasetmә әmәliyyatlarının sona çatdığını,6 binada isә davam etdiyini deyib.

Qeyd edәk ki, cümә günü yerli vaxtla saat 14.51-dә İzmirin Seferihisar qәsәbәsindә 6,6 bal gücündә zәlzәlә baş verdi. Mәlumata görә, zәlzәlәnin ocağı yerin 16,54 kilometr dәrinliyindә yerlәşib. Zәlzәlә qurbanlarının sayı 79-a yüksәlib.



Әlaqәli Xәbәrlәr