İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51 nəfərə çıxıb

Daxili İşlər Nazirliyi Fövqəladə Hallar İdarəsi Rəhbərliyi (AFAD) İzmirdə baş verenən zəlzələ nəticəsində həlak olanların sayının 51 nəfərə çıxdığını açıqlayıb.

1519462

AFAD-dan verilən açıqlamaya görə, bu gün yerli vaxtla saat 07: 00-a qədər olan müddətdə zəlzələdən sonra 40-ı 4-dən yuxarı 812 yeraltı təkan qeydə alınıb.
Qeyd edək ki, biri boğulma səbəbi ilə 51 vətəndaş həlak olub. Yaralanan 896 nəfərdən 667-i evə buraxılıb, 229 nəfərin müalicəsi isə davam edir.

Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində İzmir vilayətinin Bayraklı bölgəsində 17 bina dağılıb və ya tamamilə yararsız hala düşüb.

Son məlumatlara əsasən, baş verən yeraltı təkanlar nəticəsində indiyədək 51 nəfər həlak olub, 800-dən çox vətəndaşımız yaralanıb.Dağıntıların altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Әlaqәli Xәbәrlәr