Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində olub

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən andan hər sahə üzrə nazirliklərin gücləndirilmiş rejimdə fəaliyyət göstəridiyini bildirib.

1519443
Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində olub

Prezident Rəcəb Tayyib Ərdoğan Fövqəladə Hallar İdarəsi (AFAD) tərəfindən qurulan koordinasiya mərkəzində  aparılan axtarış-xilasetmə işləri ilə də tanış olub.

Dövlət başçısı daha sonra jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Pakistan, Yunanıstan və digər dövlətlərin baş nazirləri və rəsmi şəxsləri olmaqla, ümumilikdə 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı ölkəmizə başsağlığı mesajlarını çatdırıblar.

Hadisə zamanı yaralanan vətəndaşlardan 218 nəfərin müalicəsinin davam etdiyini deyən Prezident "Bu şəxslərdən səkkizinin reanimasiya şöbəsindədir. Zəlzələ baş verən andan hər sahə üzrə nazirliklər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Bölgəyə 24 milyon türk lirəsi dəyərində yardım göndərilib. Nazirliklərin göstərişinə əsasən, bu məbləğ artırılacaq. Dağıntıların aradan qaldırılması işləri davam edərkən bölgədə yenidənqurma işləri ilə bağlı araşdırılmalar aparılacaq və ən qısa zamanda vətəndaşlarımız üçün yeni evlərin inşasına başlanacaq. Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək. Bölgədə bu həftə ərzində tədris-təlim prosesi dayandırılıb. Seysmik vəziyyətdən asılı olaraq bunun uzadılması da istisna deyil. Hazırda bölgəyə üç minə qədər çadır gətirilib” deyə vurğulayıb.

Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində İzmir vilayətinin Bayraklı bölgəsində 17 bina dağılıb və ya tamamilə yararsız hala düşüb.

Son məlumatlara əsasən, baş verən yeraltı təkanlar nəticəsində indiyədək 43 nəfər həlak olub, 800-dən çox vətəndaşımız yaralanıb.Dağıntıların altında qalanların axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr