Prezident Rəcəb Tayyib Ərdoğan ilə Pakistan Baş Naziri arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş Naziri İmran Xan arasında telefon danışığı olub.

1519560
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Pakistan Baş Naziri arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş Naziri İmran Xan arasında telefon danışığı olub.

Prezident Aparatının Mətbuat Xidmətinin məlumatına görə, dövlət başçısına zəng edən Pakistan lideri İzmirdəki dağıdıcı zəlzələyə görə “keçmiş olsun”-deyib və həmrəylik ifadə edib.

Telefon zənginə və diqqətə görə təşəkkürlərini ifadə edən Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində ötən həftə Peşavərdə törədilən terror aktını bir daha qınayıb, dünyasını dəyişənlərə rəhmət diləyib.

Qeyd edək ki, Pakistanın Peşavər şəhərində mədrəsələrdən birində əl istehsalı partlayıcının səbəb olduğu hadisədə 7 tvləbə həyatını itirmiş, aralarında uşaqların da olduğu 70 nəfər yaralanmışdı.



Әlaqәli Xәbәrlәr