İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb

Zəlzələdən ən çox təsirlənən Bayraklı mahalında 8 binada axtarış-xilasetmə işləri davam edir.

1519650
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb. 
Səhiyyə naziri Fahrettin Koc, zəlzələdə insan itkisinin 58-ə yüksəldiyini açıqlayıb.
940 yaralıdan 722-si xəstəxanadan buraxılıb, 228 nəfərin müalicəsi davam edir.
Digər tərəfdən, zəlzələdən ən çox təsirlənən Bayraklı mahalında 8 binada axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində İzmir vilayətinin Bayraklı bölgəsində 17 bina dağılıb və ya tamamilə yararsız hala düşüb.



Әlaqәli Xәbәrlәr