Türkiyə Fransadakı bıçaqlı hücumu qınadı

Türkiyə Fransanın Nitsa şəhərində təşkil edilən və üç nəfərin həyatını itirdiyi  bıçaqlı hücumu qınadı.

1518169
Türkiyə Fransadakı bıçaqlı hücumu qınadı

Türkiyə Fransanın Nitsa şəhərində təşkil edilən və üç nəfərin həyatını itirdiyi  bıçaqlı hücumu qınadı.
Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Fransanın Nitsa şəhərindəki Notre-Dame de Nitsa kilsəsi daxilində təşkil edilən hücumun kəskin şəkildə qınandığı ifadə edilib.
Nazirliyin açıqlamasında "Hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı veririk, yaralananlara təcili şəfa diləyirik. Heç bir səbəb bir insanın öldürülməsinə və ya zorakılığa haqq qazandıra bilməz. Müqəddəs bir ibadətgahda bu cür vəhşicəsinə hücum təşkil edənlərin dini, humanitar və əxlaqi dəyərlərdən xəbərləri olmadığı aydındır" deyilib.
 Açıqlamada Türkiyənin terrorun fərqli növlərilə mübarizə aparan və terrora görə vətəndaşlarını itirən bir ölkə olaraq, xüsusilə Nitsa şəhər sakinləri başda olmaqla fransız xalqı ilə terror və zorakılığa qarşı həmrəylik içində olduğu da vurğulanıb.
Qeyd edək ki, Fransanın Nitsa şəhərində həyata keçirilən bıçaqlı hücumda 3 nəfər ölüb, çox sayda adam yaralanıb.



Әlaqәli Xәbәrlәr