Qeyri-hökumәt tәşkilatları Fransaya qarşı etiraz aksiyası keçirdi

Türkiyәnin paytaxtı Ankarada bir araya gәlәn müxtәlif qeyri-hökumәt tәşkilatlarının tәmsilçilәri vә üzvlәri Hәzrәti Mәhәmmәdi vә müsәlmanları hәdәf alan mövqeyi sәbәbindәn Fransanı qınayıb.

1517803

Fransanın Türkiyәdәki sәfirliyinin qarşısında keçirilәn aksiyada Fransa prezidenti Emmanuel Makrona  vә ölkәsinә qarşı süarlar sәslәndirilib.

Mәlumata görә, aksiya iştirakçıları ‘‘Dünyanın әsas bәlası Makronavirusdur’, ‘‘Faşizm Avropanın sәnәtidir’’, ‘‘Özümüzlә vә sözümüzlә peyğambәrimizin izindәyik’’ kimi süarlar sәslәndiriblәr.

Daha sonra oxunan bәyanatda müsәlmanların yalnız Mәhәmmәd peyğambәri deyil, digәr peyğәmbәrlәri dә sevәn vә hörmәtlә yanaşan  bir inancın üzvlәri olduğu ifadә edilib.

Bәyanatda Məhəmməd peyğəmbərə hörmətsizliklə başlayan kampaniyaların bütün müsəlmanları və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf aldığına işarə edilib.

Әlaqәli Xәbәrlәr