"Türkiyə özünün vizionuna və gündəminə uyğun addım atmağa davam edəcək", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin özünün vizionuna və gündəminə uyğun addım atmağa davam edəcəyini bildirib.

1517380

Prezident Ərdoğan 29 oktyabr Cümhuriyyə Bayramı münasibətilə mesaj yayıb.
Ərdoğan mesajında "Cümhuriyyətin 100 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda, 2023 hədəflərimizə çatmaq əzmi ilə yolumuza davam edirik. Qurtuluş mübarizəsində yeddidən yetmişə qədər bir araya gələn millətimiz bu gün gələcəyini birlik, həmrəylik və qardaşlıq içində qurur. Türkiyənin öz iradəsilə hərəkət etməsindən narahat olanların sözləri və hərəkətlərinin əsası yoxdur. Ölkəmiz kimin nə dediyindən və nə etdiklərindən asılı olmayaraq öz dünyagörüşü və öz gündəminə uyğun hərəkət etməyə davam edəcəkdir. Qurucu iradə necə bu vətəni bütün dünyanın planlarını pozaraq işğaldan azad edibsə biz də hədəflərimizə nil olmaq əzmindəyik".

Әlaqәli Xәbәrlәr