"BMT daha demokratik və insanın mərkəzdə olduğu quruluşa qovuşdurulmalıdır", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin daha demokratik insan yönümlü bir quruluşa sahib olmasının vacibliyini vurğulayıb.

1515180

Ərdoğan, 24 Oktyabr BMT Günü və BMT-nin yaranmasının 75-ci ildönümü münasibətilə təbrik mesajı yayıb.
Ərdoğan mesajında bunları deyib: "BMT təşkilatının daha təmsili, demokratik, təsirli, şəffaf, ədalətli və insanın mərkəzdə  olduğu bir quruluşa sahib olması vacibdir. "Covid-19" epidemiyası da bunu təsdiq etmişdir, bu, məcburi haldır. Bu istiqamətdə başda Təhlükəsizlik Şurası olmaqla BMT sistemində islahat aparılması çərçivəsindəki səylərə "Dünya Beşdən Böyükdür" şüarı ilə töhfə veririk. BMT-nin beynəlxalq sülh, sabitlik, inkişaf və ədalətə töhfə verməyə davam edəcəyinə inandığım üçün 24 oktyabr "Birləşmiş Millətlər Günü"nü ürəkdən təbrik edirəm".

Әlaqәli Xәbәrlәr