Türkiyə Silahlı Qüvvələri "Ateş Serbest-2020" təlimi keçirir

Türkiyə Silahlı Qüvvələrinin atəş gücünün göstərildiyi təlimdə hədəflər məhv edildi.

1514022
Türkiyə Silahlı Qüvvələri "Ateş Serbest-2020" təlimi keçirir

Türkiyə Silahlı Qüvvələrinin atəş gücünün göstərildiyi "Ateş Serbest 2020" təlimində hədəflər məhv edildi. 

Polatlıdakı General Nihat Şenoğlu təlim bölgəsində keçirilən təlimdə milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər və komandalar iştirak ediblər.

Türkiyə Silahlı Qüvvələrinin atəş gücünün göstərildiyi təlimdə 1096 hərbi personal iştirak edib. Məlumata görə, hədəflər 4-ü yeni olmaqla 36 silah sistemi ilə məhv edilib. Təlimdə həmçinin milli imkanlarla hazirlanan hərbi texnika iştirak edib. 



Әlaqәli Xәbәrlәr