Hücuma hazırlaşan 4 terrorçu yaxalanıb

Terror təşkilatı PKK-nın dağ heyətində olan və böyük şəhərlərdə terror aktı törətmək üçün təlim keçmiş 4 terrorçu yaxalanıb.

1512133
Hücuma hazırlaşan 4 terrorçu yaxalanıb

Terror təşkilatı PKK-nın dağ heyətində olan və böyük şəhərlərdə terror aktı törətmək üçün təlim keçmiş 4 terrorçu yaxalanıb.
Diyarbəkirkır Vilayət Jandarma Komandanlığı 2013-cü ildə terror təşkilatı PKK-nın dağ heyətinə qoşulan 4 terrorçunun partlayıcı maddələrlə böyük şəhərlərdə terror aktları törətmək üçün təlim keçdiklərini təşkilatın "gizli şəhər" təşkilatlanmasının heyətində olduqlarını və "yatan hücrəsi" kimi hazır gözlədildiklərini bildirib.
16 oktyabrda İstanbul və Diyarbakırda eyni vaxtda təşkil edilən əməliyyatda yaxalanan dörd şübhəli "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə jandarmadakı prosesdən sonra məhkəmə tərəfindən həbs edilib.
Terrorçulardan İ.K-nın Diyarbakır Dövlət Xəstəxanasında anesteziya üzrə texnik işçisi olduğu müəyyən edilib.



Әlaqәli Xәbәrlәr