İbrahim Kalın və Obrayın arasında telefon danışığı olub

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn ilə telefonla danışıb.

1508471
İbrahim Kalın və Obrayın arasında telefon danışığı olub

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn ilə telefonla danışıb.

Telefon danışığında Ermənistanın Azərbaycana hücumları, Şərqi Aralıq dənizindəki son vəziyyət ilə Liviya və digər regional mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Telefon söhbətində Türkiyənin Azərbaycan və Ermənistan arasında humanitar əsaslarla (10 oktyabr) elan edilən atəşkəsi dəstəklədiyi, daimi sülhün isə, Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı işğal altındakı ərazilərdən geri çəkilməklə təmin edilə biləcəyi vurğulanıb.
ABŞ tərəfinə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qərarları çərçivəsində Ermənistanın Azərbaycanda mülki insanları hədəfə alan hücumlarının beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğu deyilən telefon söhbətində beynəlxalq ictimaiyyətin konkret addımlar atmasının vacibliyi qeyd edilib.
Görüşdə Şərqi Aralıq dənizində Türkiyənin yaxşı niyyətləri və dialoqun əsas götürüldüyü mövqeyi sayəsində gərginliyin azaldığı vurğulanıb və yaranan  müzakirə zəmininə dəstək olacaq addımların atılması istiqamətindəki gözləntilər dilə gətirilib. Ayrıca, Türkiyənin təklif etdiyi Şərq Aralıq dənizi konfransının reallaşmasının regional sülhə töhfəsinin olacağı qeyd edilib.
Türkiyənin ABŞ-dan Şərqi Aralıq dənizi mövzusunda ədalətli və qərəzsiz bir mövqe ortaya qoymasının gözləndiyi də bildirilib.
Bundan əlavə telefon danışığında Liviyadakı danışıqlar prosesindən məmnunluq dilə gətirilib, Hafter tərəfindəki hərbi fəallığın isə narahatlıq mənbəyi olduğuna diqqət çəkilib. Ayrıca, Türkiyə və ABŞ arasındakı iqtisadi əlaqələrin canlandırılması və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın inkişafına dair mövzular müzakirə edilib.

 



Әlaqәli Xәbәrlәr