Rәcәb Tayyib Әrdoğan vә Şarl Mişel arasında telefon danışığı olub

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, görüşdә Türkiyә vә Avropa İttifaqı arasındakı münasibәtlәr, Şәrqi Aralıq dәnizindәki proseslәr vә regional mövzular müzakirә olunub.

1507745
Rәcәb Tayyib Әrdoğan vә Şarl Mişel arasında telefon danışığı olub

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, görüşdә Türkiyә vә Avropa İttifaqı arasındakı münasibәtlәr, Şәrqi Aralıq dәnizindәki proseslәr vә regional mövzular müzakirә olunub.

Prezident Әrdoğan söhbәt zamanı Türkiyә vә Avropa İttifaqı arasındakı  münasibәtlәrin canlandırılması, Avropa İttifaqının martın 18-dә әldә olunan müqavilә çәrçivәsindәki öhdәliklәrinә әmәl etmәsi, Gömrük Birliyi vә viza rejiminin sadәlәşdirilmәsi mәsәlәsindә irәlilәyiş tәmin etmәsinin vacibliyini vurğulayıb.
Yunanıstanın Şәrqi Aralıq dәnizindә gәrginliyin sәviyyәsini artıracaq addımlar atmağa davam etdiyini bildirәn Әrdoğan Türkiyәnin tәklif etdiyi Şәrqi Aralız dәnizi konfransının hәyata keçirilmәsi üçün Avropa İttifaqıdan konkret addımlar gözlәdiklәrini ifadә edib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Azәrbaycan torpaqlarını işğal edәn Ermәnistanın tәbii qaz vә neft boru xәttlәri ilә nәqliyyat xәttlәri üzәrindә yerlәşәn Tovuz bölgәsindәn sonda Gәncә şәhәrinә hücum etmәklә Avropanın enerji tәhlükәsizliyini dә tәhdit etdiyini bildirib. Әrdoğan Avropa İttifaqına Azәrbaycanın әrazi bütövlüyü mәsәlәsindә güclü mövqe nümayiş etdirmәsi ilә әlaqәdar çağırış da edib.


 



Әlaqәli Xәbәrlәr