PKK-nın Sincardakı düşərgələri görüntülənib

6 ildir Mosulun Sincar bölgəsində hərbi və siyasi fəaliyyət göstərən PKK-nın düşərgələri və siyasi fəaliyyət sahələri görüntülənib.

1508232
PKK-nın Sincardakı düşərgələri görüntülənib

Bağdad-Erbil razılaşmasında İraqın Mosul şəhərinə bağlı Sincar qəsəbəsindəki mövcudluğunun sona çatdırılması nəzərdə tutulan terror təşkilatı PKK bölgədəki fəaliyyətlərini davam etdirir.
"Anadolu" xəbər Agentliyi (AA) 6 ildir Mosulun Sincar bölgəsində hərbi və siyasi fəaliyyət göstərən PKK-nın düşərgələrini və siyasi fəaliyyət sahələrini görüntüləyib.
İraq hökuməti ilə İraq Kürd Regional Rəhbərliyi arasında imzalanan müqavilədə PKK-nın Sincardakı vmövcudluğuna son qoyulması maddəsi təşkilatın bölgədəki mövcudluğunu bir daha gündəmə gətirib.
Agentlik terror təşkilatı PKK-nın Sincardakı düşərgələrini araşdıraraq təşkilatın bölgədəki mövcudluğunun davam etdiyini ortaya çıxarıb.
AA müxbirinin çəkdiyi görüntülərə görə, PKK terrorçularının yerləşdirildiyi Sincarda təşkilata məxsus düşərgələri və dırnaqarası xalq məclisləri və nəzarət nöqtələri var.
Qeyd edək ki, Bağdad ilə Ərbil arasında mübahisəli statusa sahib bölgələrdən biri olaraq bilinən və terror təşkilatı PKK-nın mövcud olduğu Sincardakı problemlərin həlli ilə bağlı 9 oktyabr tarixində paytaxt Bağdadda keçirilən toplantıda razılaşma əldə edildiyi açıqlanıb.
İraqın Baş naziri Mustafa əl-Kazıminin rəhbərlik etdiyi iclasda BMT-in İraq üzrə xüsusi nümayəndəsi Ceanine Hennis İraq Kürd Regional Rəhbərliyi nümayəndə heyəti və Ezidi icmasının nümayəndələri iştirak edib.
Terror təşkilatı PKK 2014-cü ildə DEAŞ-ı bəhanə gətirərək Sincar və ətrafına yerləşib.



Әlaqәli Xәbәrlәr