Mövlud Çavuşoğlu: ‘‘Yaponiya Türkiyәnin әn әhәmiyyәtli dostu vә tәrәfdaşıdır’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Yaponiyanın Türkiyәnin әhәmiyyәtli dostu vә etibarlı tәrәfdaşı olduğunu söylәyib.

1508146

Türkiyә vә Yaponiya arasında texniki mәsәlәlәr üzrә әmәkdaşlığa dair müqavilә imzalanıb.

Müqavilә Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu, Yaponiyanın Türkiyәdәki sәfiri Akio Miyajima vә Xarici İşlәr Nazirliyinin Asiya üzrә Baş direktoru, sәfir Namık Güner Erpulun iştirakı ilә keçirilәn mәrasimdә imzalanıb.

Mәrasimdә çıxış edәn Mövlud Çavuşoğlu bildirib ki,Yaponiya bizim әn önәmli dost vә tәrәfdaşımızdır. Münasibәtlәrimizi strateji tәrәfdaşlıq sәviyyәsinә çatdırdıq. Yaponiya ilә münasibәtlәrimizi inkişaf etdirmәk üçün birlikdә fәaliyyәtlәr aparırıq.

Mövlud Çavuşoğlu iki ölkәnin mәdәniyyәt vә tәhsil sahәsindә әmәkdaşlığı güclәndirmәk üçün dә addımlar atdığına diqqәt çәkib.

Mәrasimә mesaj göndәrәn Yaponiya xarici işlәr naziri Meteqi Toşimitsu isә iki ölkә arasındakı münasibәtlәrin daha da güclәnmәsi üçün bu gün imzalanan müqavilәnin әn qısa zamanda güvvәyә minmәsini arzuladığını deyib.

Әlaqәli Xәbәrlәr