Fuad Oqtay ermənilərin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərini pisləyib

Prezidentin köməkçisi Fuad Oqtay atəşkəsdən 24 saat sonra da Ermənistanın yenidən mülki insanları hədəf alaraq insanlığa qarşı cinayət törətdiyini bildirib.

1507027
Fuad Oqtay ermənilərin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərini pisləyib

Ermənistan insanlığa qarşı cinayət törətdir.
Bunu Prezidentin köməkçisi Fuad Oqtay "Twitter" hesabında ifade edib.
"Atəşkəsdən 24 saat sonra da Ermənistan yenidən mülki insanları hədəf alaraq insanlığa qarşı bir cinayət törədir. Beynəlxalq ictimaiyyət bu riyakar mövqeyə göz yumaraq Ermənistanın törətdiyi cinayətlərə ortaq olur. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm" deyə Fuad Oqtay qeyd edib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 9 mülki vətəndaş həlak olub, 34 nəfər isə yaralanıb. 



Әlaqәli Xәbәrlәr