XİN Ermənistanın Gəncəni, dinc əhalini raket zərbələri ilə hədəf almasını kəskin şəkildə qınayıb

Xarici İşlər Nazirliyi Ermənistanın Gəncəni, dinc əhalini raket zərbələri ilə hədəf almasını kəskin şəkildə qınadığını bildirib.

1506853
XİN Ermənistanın Gəncəni, dinc əhalini raket zərbələri ilə hədəf almasını kəskin şəkildə qınayıb

Xarici İşlər Nazirliyi Ermənistanın Gəncəni, dinc əhalini raket zərbələri ilə hədəf almasını kəskin şəkildə qınadığını bildirib. 

XİN-in həmin mövzudakı açıqlamada deyilir: "Ermənistanın humanitar atəşkəs razılaşmasını pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumunu sərt şəkildə qınayırıq. Münaqişə bölgəsinə 100 kilometr məsafədə yerləşən Gəncədə çoxmənzilli binanı hədəf alaraq 9 mülki şəxsin ölümünə, 34 nəfərin yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan torpaqlarından kənara çıxarmaq məqsədilə törətdiyi təxribatların yeni örnəyidir.

Bu hücum, eyni zamanda, Ermənistanın işğalçılıq siyasətini davam etdirmək üçün beynəlxalq humanitar hüquq normalarını pozmaqdan çəkinmədiyini və atəşkəs dilindən anlamadığını ortaya qoymaqdadır. Ermənistanın bu təcavüzkar əməlləri təəccüblü olmamaqla bərabər, həmişəki işğalçı və qəsbkar düşüncəsinin açıq ifadəsidir. Beynəlxalq ictimaiyyət bu hüquq tanımaz əməllərə “Dayan!” deməlidir.

Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycana “Başın sağ olsun” deyir, yaralılara şəfa diləyirik. Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır”.



Әlaqәli Xәbәrlәr