Mövlud Çavuşoğlu Hayko Maas vә Nikos dendiasla görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bu il 15-ci  dәfә keçirilәn Bratislava Qlobal Tәhlükәsizlik Forumuna qatılmaq üçün Slovakiyaya sәfәr edib.

1505334
Mövlud Çavuşoğlu Hayko Maas vә Nikos dendiasla görüşüb
cavusoglu maas.jpg

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bu il 15-ci  dәfә keçirilәn Bratislava Qlobal Tәhlükәsizlik Forumuna qatılmaq üçün Slovakiyaya sәfәr edib. Çavuşoğlu Slovakiyaya etdiyi sәfәr çәrçivәsindә Almaniya xarici işlәr naziri Hayko Maas ilә görüşüb.

Çavuşoğlu Slovakiyada hәmçinin Yunanıstan xarici işlәr naziri Nikos Dendiasla bir araya gәlib.

Nazirlәr Şәrqi Aralıq dәnizindәki proseslәr, ikitәrәfli vә regional mәsәlәlәri müzakirә ediblәr.

Mövlud çavuşoğlu ‘‘Regional vә Qlobal Tәhlükәsizlikdә Türkiyәnin Rolu’’ başlığı altında keçirilәn görüşә dә qatılıb. Çavuşoğlu Şәrqi Aralıq dәnizi mәsәlәsindә Türkiyәnin hüquqlarının görmәzlikdәn gәlindiyini ifadә edib. Dağlıq Qarabağ mәsәlәsinә dә toxunan Mövlud Çavuşoğlu bölgәnin 30 ildir Ermәnistanın işğalı altında olduğunu xatırladıb



Әlaqәli Xәbәrlәr