Türkiyə Avropa Komissiyası hesabatına sərt reaksiya verib

Türkiyə Avropa Komissiyası 2020 Türkiyə Hesabatına sərt reaksiya verib.

1504120
Türkiyə Avropa Komissiyası hesabatına sərt reaksiya verib

Türkiyə Avropa Komissiyası 2020 Türkiyə Hesabatına sərt reaksiya verib.
Xarici İşlər Nazirliyinin Hesabata dair açıqlamasında deyilib ki, 2020-ci ilə dair Türkiyə Hesabatı bu il də Aİ-nin qərəzli və ikili standartlı yanaşmasını əks etdirir. Bu hesabatda da Aİ-nin yerinə yetirmədiyi məsuliyyət və öhdəliklərinə toxunulmayıb və əsassız arqumentlərlə ölkəmiz tənqid edilir. Xüsusilə idarəetmə sistemimiz, seçkilər, əsas hüquqlar, bəzi məhkəmə qərarları vəinzibatı qərarlarla terrorizla mübarizə barədə qanuni tədbirlərlə yanaşı xarici, təhlükəsizlik və iqtisadi siyasətlərimizlə əlaqəli qərəzli, ədalətsiz və nisbətsiz tənqidlər hesabatın obyektivlikdən nə qədər uzaq olduğunu göstərir. 
Avropa Komissiyası 2020 Türkiyə Hesabatının Şərqi Aralıq dənizi, Egey və Kıbrıs məsələsi ilə əlaqəli hissələri tamamilə Yunan-Rum tezislərinə əsaslanır. Bu vəziyyət Komissiyanın tərəfsizliyinə  ləkə gətirir. Nə Kıbrıs probleminin həllinə, nə də Egey və Şərqi Aralıq dənizinin sabitliyinə töhfə verən bu qərəzli və hüquqsuz yanaşmanı rədd edirik.



Әlaqәli Xәbәrlәr