Hulusi Akar: ‘‘Ermәnistan işğal etdiyi torpaqları dәrhal boşaltmalıdır’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar bildirib ki, Ermәnistan işğal etdiyi torpaqlardan dәrhal çıxmalıdır.

1503180
Hulusi Akar: ‘‘Ermәnistan işğal etdiyi torpaqları dәrhal boşaltmalıdır’’

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar bildirib ki, Ermәnistan işğal etdiyi torpaqlardan dәrhal çıxmalıdır.

Hulusi Akar Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr vә digәr komandanlarla videokonfrans formatında iclas keçirib.

Hulusi Akar Şәrqi Aralıq dәnizindәki proseslәr, terrorla mübarizә çәrçivәsindә keçirilәn әmәliyyatlar vә yeni növ koronavirusla mübarizә mәsәlәlәrinin müzakirә olunduğu iclasda Azәrbaycan Silahlı Qüvvәlәrinin işğal altındakı әrazilәrini azad etmәk üçün hәyata keçirdiyi әmәliyyata toxunub.

Azәrbaycanın haqlı mübarizәsindә yanlarında olduqlarını ifadә edәn Hulusi Akar Azәrbaycanın öz torpaqlarını geri qaytarmaq vә işğalçı Ermәnistanın hәmin torpaqlardan çıxmasını istәdiyini bildirib.

Akar Ermәnistanın Azәrbaycandakı mülki vәtәndaşları hәdәf alan hücumları ilә bağlı deyib: ‘‘Ermәnistan mülki vәtәndaşları hәdәf alaraq hәrbi cinayәt törәdir. Ermәnistan uşaq, qadın, yaşlı demədən günahsız mülkü şəxsləri açıq-aşkar hədəf alır. Ermənistanın insanlığa qarşı daha artıq günah işlətməməsi üçün işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror qrupları ilə əməkdaşlığa son qoymalı, bölgəyə gətirdiyi muzdlu hərbçiləri, terrorçuları qısa bir müddətə bölgədən çıxarmalıdır. 30 il boyu işğalı sükutla izləyənlər Ermənistanın bu sifətini də görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə verilməsi üçün fəaliyyət göstərməlidirlər”.

 

 



Әlaqәli Xәbәrlәr