Mövlud Çavuşoğlu: 'Beynəlxalq ictimaiyyət Ermənistanı dərhal Azərbaycan ərazilərindən çıxarmalıdır'

İtaliyada sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu hәmkarı Luici Di Maio ilә keçirdiyi  birgә mәtbuat konfransında Azәrbaycan vә Ermәnistan arasında yaşanan qarşıdurmaya toxunub.

1501794

Türkiyәnin hәr zaman bu problemin sülh yolu vә BMT Tәhlükәsizlik Şurasının qәrarları çәrçivәsindә hәll edilmәsini istәdiyini xatırladan Çavuşoğlu deyib: ‘‘Ancaq bu günәdәk heç bir addım atılmayıb. Azәrbaycan öz torpaqlarını işğaldan azad edә bilәcәk gücә malikdir. Azәrbaycanın atәşkәs elan edә bilmәsi üçün Ermәnistan bölgәdәn çıxmalıdır.Bu günәdәk Azәrbaycanın bizdәn konkret bir xahişi olmayıb, ancaq belә bir xahişin olacağı tәqdirdә  dәstәk verәcәyik. Beynəlxalq ictimaiyyət hər hansı addım atmaq istəyirsə, Ermənistanı dərhal Azərbaycan ərazilərindən çıxarsın”.

Şәrqi Aralıq dәnizindәki proseslәrә dә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Avropa İttifaqı qlobal bir tәşkilat olmaq istәyirsә, Yunanıstana sәn haqsızsın deyә bilmәlidir.Hüquqlarımızı müdafiә atmәk mәsәlәsindә dә qәtiyyәtli olduğumuzu göstәrdik’’.

Әlaqәli Xәbәrlәr