Fatih Dönmәz Türkiyә ilә Liviya arasında bağlanan müqavilәni qiymәtlәndirib

Fatih Dönmәz deyib: ‘‘Aralıq dәnizindә nә heç kimin haqqında gözümüz olar, nә dә öz hüquqlarımızdan imtina etmәrik’’.

1501563
Fatih Dönmәz Türkiyә ilә Liviya arasında bağlanan müqavilәni qiymәtlәndirib

 

 

Türkiyәnin enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz Türkiyә ilә Liviya arasında dәniz sәrhәdlәrinә dair  әldә olunan müqavilәnin BMT tәrәfindәn tәsdiq edilmәsi ilә Türkiyәnin beynәlxalq hüquqa, haqq vә әdalәtә әsaslanan Aralıq dәnizi ilә bağlı yürütdüyü siyasәtinin daha da güclәndiyini bildirib.

Fatih Dönmәz deyib: ‘‘Aralıq dәnizindә nә heç kimin haqqında gözümüz olar, nә dә öz hüquqlarımızdan imtina etmәrik’’.

Türkiyәnin Milli Müdafiә Nazirliyindan mәsәlә ilә bağlı  verilәn bәyanatda deyilir: ‘‘Liviya ilә 500 illik tarixә әsaslanan çoxyönlü münasibәtimiz var. Bu çәrçivәdә BMT tәrәfindәn tanınan Milli Hәmrәylik Hökumәtinә tәlim, yardım vә dәstәyimiz davam edәcәk’’.



Әlaqәli Xәbәrlәr