Türkiyə Böyük Millət Məclisi 27-ci dövr yeni qanunvericilik ilinə başladı

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün iki ay davam edən tətildən qanunvericilik ilinə başlayıb.

1501046
Türkiyə Böyük Millət Məclisi 27-ci dövr yeni qanunvericilik ilinə başladı

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün iki ay davam edən tətildən qanunvericilik ilinə başlayıb.
27-ci dövrün 4-cü qanunvericilik ilinin açılışı üçün Məclisdəki Atatürk abidəsi qarşısında mərasim keçirilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop abidəyə əklil qoyduqdan sonra bir dəqiqəlik sükutdan sonra İstiqlal Marşı səsləndirilib..
Məclisin  ümumi iclası saat 14: 00-da başlayıb. TBMM sədri Mustafa Şentop iclası açıq elan etdikdən sonra təqdimat nitqi ilə çıxış edib.
Şentop Prezident Rəcəb Tayyib Ərdoğanı Baş Məclisə təqdim edib, sonra isə, İstiqlal Marşı səsləndirilib. Prezident Ərdoğan daha sonra Türkiyə Böyük Millət Məclisinin Baş Məclisinə müraciət edib.
Qanunvericilik ilinin açılışında iştirak etmək üçün dəvət olunan auditoriya üzvləri xaricində TBMM-yə heç bir ziyarətçi qəbul edilməyib.
Qanunvericilik ilinin açılışı üçün TBMM sədrlərinin ənənəvi axşam ziyafəti bu il pandemiya səbəbindən keçirilməyəcək.



Әlaqәli Xәbәrlәr