Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir"

Prezident Rəcəb Tayyib Ərdoğan "Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir. Bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir” deyib.

1501010
Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir"

"Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir. Bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.

“Ermənistan hakimiyyətini hər şeyi bir kənara qoyub, təkidlər Türkiyəyə böhtan atmaq cəhdləri də xilas etməyəcək. Bu quldur dövlətə dəstək verənləri bəşərin vicdanı qarşısında hesab verəcəkləri barədə xəbərdar edirəm. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun!”, - deyə Ərdoğan vurğulayıb.

Prezident Ərdoğan bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar: “Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Hə, nə isə istənilirsə, o zaman işğalçılar o torpaqlardan çıxmalıdır ki, nəticə əldə edilsin. Azərbaycanlı qardaşlarımız öz torpaqlarına qayıtmaq istəyirlər, bunun həsrətindədirlər. Mən bunları cənab Putinlə də, cənab Makronla da müzakirə etmişəm. Amma həmişə oturublar, danışıblar, lakin nəticə yoxdur. İndi nəticə vaxtıdır. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”.

Ermənistanın Baş naziri Nikola Paşinyanın Dağlıq Qarabağdakı Ermənistan-Azərbaycan münaqişəsinə Türkiyənin daxil olmamasını təmin etmək üçün beynəlxalq birliyə çağırış etdiyinə dair "Biz nə edəcəyimizi Paşinyandan soruşmayacağıq. Biz bunun qərarını özümüz verdik" deyə Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə bütün imkanları, bütün qəlbi ilə Azərbaycana dəstək verməyə davam edəcək.

Ərdoğan "Kıbrıs və Azərbaycan türklərindən Balkanlara və Şimali Afrikaya qədər hər yerdə qardaşlarımızı dəstəkləyən Məclisimiz millətimizlə birlikdə bütün dostlarımızın ümid mənbəyi olduğunu göstərdi" deyib.
Çıxışında terrorla mübarizəyə də toxunan Ərdoğan əməliyyatların İraq sərhədindəki terror yuvaları tamamilə bitənə qədər davam edəcəyini vurğulayıb. 
Türkiyə olaraq Aralıq dənizində qarşıdurma, gərginlik, hüquqsuzluq tərəfində olmadıqlarını deyən Ərdoğan "Haqlarımıza yiyə dururuq. Aralıq dənizindəki siyasi və iqtisadi potensialın bölüşdürülməsinə dair mübahisələri ədalətli əsaslarla həll etmək bizim əsas seçimimizdir" ifadəsini işlədib. 
Avropa İttifaqının (Aİ) Yunanıstanın və Kıbrıs Rum tərəfinin ərköyünlüyünün əsiri olaraq təsirsiz, üfüqi olmayan, nüfuzu olmayan bir quruluşa çevrildiyini vurğulayaraq, "Bölgəmizdə ortaya çıxan və Aİ-nin təşəbbüsü və nüfuzu ilə həll olunan bir problem yoxdur. Əksinə İttifaqın əlinin olduğu hər böhran yeni ölçülər qazanaraq böyüdü" deyib. "Birinci "Dünya Müharibəsi illərində göz yaşları içərisində tərk etməli olduğumuz bu şəhərdə hələ də Osmanlı müqavimətinin izlərinə rast gəlmək mümkündür. Yəni Qüds bizim şəhərimizdir, bizdən bir şəhərdir" deyə qeyd edən Ərdoğan "Məzlum Fələstin xalqının hüquqlarını hər platformada dilə gətirməkdən ölkəmiz və millətimiz adından qürur duyuruq" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr