Fəxrəddin Altun: "Türkiyənin erməni təyyərəsini vurduğu iddiaları doğru deyil"

Türkiyə F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.

1499637
Fəxrəddin Altun: "Türkiyənin erməni təyyərəsini vurduğu iddiaları doğru deyil"

Türkiyə F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.

Prezident Aparatının Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun Türkiyənin F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.və Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə İrəvanın yaydığı məlumatın yalan olduğunu bildirib.

Azərbaycan ilə Ermənistan arasındakı qarşıdurma davam edərkən, İrəvan Türkiyəyə qarşı bir ittiham irəli sürmüşdü. Ermənistanın Müdafiə Nazirliyi Türkiyəyə məxsus bir F-16 qırıcısının Ermənistana məxsus bir Su-25 təyyarəsini düşürdüyünü irəli sürmüşdü.
Açıqlamada "Türkiyəyə məxsus F-16 qırıcısının Ermənistan hava məkanındakı Su-25 qırıcı təyyarəsini Azərbaycan ərazisindən hədəf aldığı" iddia edilmişdi..
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şusan Stepanyanın "Facebook" hesabından verdiyi açıqlamada təyyarə vurularkən hərbi vəzifə yerinə yetirdiyi iddia edilmişdi.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı da qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.



Әlaqәli Xәbәrlәr