Mövlud Çavuşoğlu: "Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik" deyib.

1498215
Mövlud Çavuşoğlu: "Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik"

"Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik".

Bu sözlər Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sosial şəbəkə hesablarında etdiyi paylaşımda yer alıb.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olduğunu xatırladan nazir əlavə edib: “Mən də Azərbaycanın Xarici İşlər naziri, qardaşım Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə danışdım. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarımız davam edir”.



Әlaqәli Xәbәrlәr