Hakkaridə PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib

Hakkari vilayəti ərazilərində terror təşkilatı PKK-lı iki terrorçu zərərsizləşdirilib.

1493865
Hakkaridə PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib

Hakkari vilayəti ərazilərində terror təşkilatı PKK-lı iki terrorçu zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin açıqlamasında "İldırım-2 Cilo" əməliyyatı çərçivəsində Hakkari vilayəti ərazilərində Vilayət Jandarma Komandanlığı və Vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən birgə əməliyyat həyata keçirildiyi bildirilib.  Açıqlamada havadan dəstəklənən əməliyyatda iki terrorçunun silahları ilə zərərsizləşdirildiyi bildirilib və bölgədəki əməliyyatın davam etdirildiyi də qeyd olunub.
Daxili İşlər naziri Süleyman Soylu əməliyyatla əlaqədar "Twitter" hesabında "İldırım əməliyyatları ildırım kimidir. Hakkaridən daha xəbər gəldi. Təbriklər qəhrəmanlar. Allah sizi qorusun, ayağınıza daş dəyməsin" ifadələrini yazıb.



Әlaqәli Xәbәrlәr