Rәcәb Tayyib Әrdoğan vә Angela Merkel Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndiriblәr
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Almaniya kansleri Angela Merkel ilә videokonfrans formatında görüş keçirib.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Almaniya kansleri Angela Merkel ilә videokonfrans formatında görüş keçirib.
Türkiyә Prezident Aparatının mәtbuat xidmәtinin mәlumatına görә, Türkiyә ilә Almaniya arasındakı münasibәtlәr vә regional proseslәrin müzakirә olunduğu görüşdә prezident Әrdoğan Şәrqi Aralıq dәnizi mәsәlәsindә konstruktiv mövqenin nümayiş etdirilәcәyi tәqdirdә problemlәrin müzakirә yolu ilә hәll edilә bilәcәyini qeyd edib.
Avropa dövlәtlәrinin Şәrqi Aralıq dәnizi mәsәlәsindә әdalәtli olmalarının vacibliyini vurğulayan prezident Әrdoğan Türkiyәnin hüquqları mәsәlәsindә sonunadәk qәtiyyәtli vә aktiv siyasәt yürütmәyә davam edәcәklәrini söylәyib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.