Hulusi Akar Әhmәd Maiteeklә görüşüb
Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Liviya Milli Hәmrәylik Hökumәtinin Nazirlәr Kabineti Şurasının sәdrinin müavini Әhmәd Maiteeklә görüşüb.
1491733
Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Liviya Milli Hәmrәylik Hökumәtinin Nazirlәr Kabineti Şurasının sәdrinin müavini Әhmәd Maiteeklә görüşüb.
Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, görüşdә Liviyadakı son vәziyyәt әtrafında fikir mübadilәsi aparılıb.
Görüşdә Hulusi Akar Türkiyәnin liviyalı qardaşlarına hәrbi vә tәhlükәsizlik sahәlәrindә verdiyi tәlimlәrin davam edәcәyini bildirib.
Akar Türkiyәnin bölgәdә sabitliyin tәmin edilmәsi üçün әlindәn gәlәn sәylәri göstәrmәyә davam edәcәyini, hәmçinin müstәqil vә suveren Liviyanı dәstәklәdiyini ifadә edib.