İ.Kalın: "Türkiyənin heç kəsin torpağında gözü yoxdur"

Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyənin heç kəsin torpağında gözü olmadığını bildirib.

1490130
İ.Kalın: "Türkiyənin heç kəsin torpağında gözü yoxdur"

"Türkiyənin heç kəsin torpağında gözü yoxdur".
Bunu Prezident Aparatının sözçüsü İbrahim Kalın "Twitter" səhifəsindəki paylaşmasında bildirib.
Yunanıstan və Avropa İttifaqı (Aİ) ölkələrinin diplomatiyaya verdiyi şansı hədər etməməsi və müvafiq addımlar atmalarının vacibliyini vurğulayan İbrahim Kalın deyib: "Türkiyə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın cəsur liderliyində həm sahədə, həm də masada güclü maraqlarını hər zaman qoruyacaqdır. Yunanıstan və Aİ ölkələri diplomatiyaya verilən şansı hədər etməməli, müvafiq addımlar  atmalıdır. Şərqi Aralıq dənizindəki problemlərin sülh yolu ilə həlli mümkündür. Ədalətə əsaslanmış, əhatəli və rasional yanaşma konstruktiv bir qatqı təmin edəcək. Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Lakin heç kəsə də haqqını və hüququnu verməmə əzmini davam etdirəcəkdir".



Әlaqәli Xәbәrlәr