Şentop və Oqtayın Makrona verdikləri reaksiya

Oqtay Prezident Ərdoğana yönəldilmiş açıqlamaları səbəbindən Makrona "müstəmləkə zehniyyətinin nümayəndəsi" ifadəsi ilə reaksiya verib.

1489047
Şentop və Oqtayın Makrona verdikləri reaksiya

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Fransa Prezidenti Emmanuel Makron ilə əlaqədar "Fransanın əsas narahatlığı Türkiyənin dünyada, bölgədə və xüsusilə Afrikada fəal olması ilə bağlıdır" deyib.
Şentop Makronun Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamasına münasibət bildirərək deyib:
"Fransanın narahatlığı məlumdur. Makron Yunanıstanın Şərqi Aralıq dənizindəki bəzi qeyri-sabit, əsassız tezisindən tərəfmiş kimi mövqe ortaya qoyaraq bu narahatlığını göstərməyə cəhd edir. Bir NATO müttəfiqi olaraq Fransanın bu riyakarlıqdan imtina etməsini və beynəlxalq hüquqa və dəniz qanunlarına uyğun hərəkət etməsini gözləyirik. Avropa İttifaqı (Aİ) üzvü Cənubi Avropa ölkələri sammitində qəbul edilən qərarlar Türkiyə üçün heç bir əhəmiyyət daşımır".

Prezidentin köməkçisi Fuad Oqtay Prezident Rəcəb Tayyib Ərdoğana yönəldilmiş açıqlamaları səbəbindən Fransa Prezidenti Emmanuel Makrona "müstəmləkə zehniyyətinin nümayəndəsi" ifadəsi ilə reaksiya verib.
Oqtay sosial şəbəkə hesabında Makronun Ərdoğanı hədəf alan açıqlamalarını paylaşım edib.
"Ərdoğanın yanındayıq" etiketli yazısında Oqtay "Müstəmləkə zehniyyətinin nümayəndəsi Makron  şüursuz açıqlamalarını davam etdirsin, biz Pezidentimiz cənab Ərdoğanın rəhbərliyi altında dünya məzlumlarına uzanan dost əli olmağa, millətimizlə birlikdə tarix yazmağa davam edəcəyik" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr