Mövlud Çavuşoğlu bir sıra ölkәyә sәfәr edәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 9-11 sentyabr tarixlәri arasında Mali, Qvineya Bissau vә Seneqala sәfәr edәcәk.

1487420
Mövlud Çavuşoğlu bir sıra ölkәyә sәfәr edәcәk

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 9-11 sentyabr tarixlәri arasında Mali, Qvineya Bisau vә Seneqala sәfәr edәcәk.

Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda  Çavuşoğlunun Maliyә edәcәyi sәfәr çәrçivәsindә Milli Şuranın üzvlәri, Malidә Birlәşmiş Tәşkilatının İnteqrasiya Edilmiş Sabitlik Missiyası, Qәrbi Afrika ölkәlәrinin İqtisadi Birliyi vә Afrika Birliyinin tәmsilçilәri ilә siyasi keçid prosesi, ikitәrәfli münasibәtlәr, regional vә beynәlxalq mәsәlәlәrdә görüşlәr keçirilmәsinin  nәzәrdә tutulduğu bildirilib.

Mәlumatda Çavuşoğlunun 10-11 sentyabr tarixlәrindә Qvineya Bisau vә Seneqala edәcәyi sәfәrin isә xarici işlәr naziri sәviyyәsindәki ilk sәfәr olacağı bildirilib.

Sәfәlәr çәrçivәsindә ikitәrәfli münasibәtlәrin bütün aspektlәri nәzәrdәn keçirilәcәk, yeni әmәkdaşlıq imkanlarının müzakirә olunacaq.

 



Әlaqәli Xәbәrlәr