Dünyada koronavirusdan ölәnlәrin sayı 900 mini keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 27  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 19 milyonu keçib.

1487271

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 10  artaraq 35 min 563-ә, infeksiyaya yoluxanların sayı da 280 min 153-ә  yüksәlib.

İspaniyada son bir hәftә әrzindә koronavirusdan vәfat edәnlәrin sayı 261-ә çatıb. Belәliklә ölkәdә virusdan ölәnlәrin ümumi sayı 29 min 594-ә  çatıb.  Ölkәnin Sәhiyyә Nazirliyi son üç gün әrzindә virusa daha 8 min 964  nәfәrin yoluxduğunu vә infeksiyaya yoluxanların ümumi sayının 534  min 513-ә çatdığını açıqlayıb.

Portuqaliya Sәhiyyә Nazirliyi ölkәdә daha üç nәfәrin virusdan öldüyünü açıqlayıb. Belәliklә ölkәdә indiyәdәk virusdan ölәnlәrin sayı 1846-ya,  infeksiyaya yoluxanların sayı isә 60  min 895-ә  çatıb

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 38 artaraq 30 min 764-ә, infeksiyaya yoluxanların sayı da 6 min 544 artaraq 335 min 524-ә yüksәlib.

Әlaqәli Xәbәrlәr