Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Türkiyənin Daxili İşlər Nazirliyi Van şəhərində "Yıldırım- 10 Norduz" əməliyyatına start verildiyini açıqlayıb.

1486761
Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Türkiyənin  Daxili İşlər Nazirliyi Van şəhərində "Yıldırım-10 Norduz" əməliyyatına start verildiyini açıqlayıb. 

Nazirlikdən bildirilib ki, bölgədəki terrorçuların zərərsizləşdirilməsi məqsədilə Van şəhərində "Yıldırım - 10 Norduz" əməliyyatı keçirilir. Əməliyyatda 1040 hərbi personalın iştirak etdiyi bildirilib. 

Ölkə daxilindəki terrorçuların məhv edilməsi məqsədilə keçirilən Yıldırım 1,2,3,4,5,6,7,8 və 9 əməliyyatları nəticəsində indiyədək 46 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində həmçinin terrorçulara məxsus 90 mağara və çox sayda silah ələ keçirilib. 

Əməliyyatların qətiyyətli şəkildə həyata keçirildiyi  vurğulanıb. 


Etiketlәr: #əməliyyatlar , #Van

Әlaqәli Xәbәrlәr