Rәcәb Tayyib Әrdoğan vә Şarl Mişel Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndiriblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Avropa İttifaqı Şurasının prezidenti Şarl  Mişel ilә telefon әlaqәsi saxlayıb.

1485848

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Şәrqi Aralıq dәnizindәki proseslәr vә Türkiyә-Aİ münasibәtlәri müzakirә olunub.

Prezident Әrdoğan görüşdә Yunanıstanın  vә bәzi Avropa İttifaqına üzv ölkәlәrin Şәrqi Aralıq dәnizi vә Egeydә gәrginliyin sәviyyәsini artıracaq  addımlarının qarşısının alınmasında Aİ-nin üzәrinә düşәn öhdәliyi  yerinә yetirmәsinin vacibliyini vurğulayıb. Әrdoğan Avropa İttifaqının Şәrqi Aralıq dәnizindә nümayiş etdirәcәyi mövqeyin beynәlxalq hüquq vә regional sülh baxımından әhәmiyyәt kәsb edәcәyini  bildirib.

Rәcәb Tayyib Ərdoğan Avropa İttifaqı qurumlarını və üzv dövlətləri  Şərqi Aralıq dənizi başda olmaqla bütün regional məsələlərdə ədalətli, mәsuliyyәtli, obyektiv vә  bitәrәf qalmağa dəvət edib.

Әlaqәli Xәbәrlәr