"Əsas təhdid Kurzun təmsil etdiyi təhrif olunmuş ideologiyadır"

Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) və dəyərləri üçün əsas təhdidin Avstriyanın Baş naziri Sebastian Kurzun təmsil etdiyi təhrif olunmuş ideologiya olduğunu söylədi.

1485466
"Əsas təhdid Kurzun təmsil etdiyi təhrif olunmuş ideologiyadır"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) və dəyərləri üçün əsas təhdidin Avstriyanın Baş naziri Sebastian Kurzun təmsil etdiyi təhrif olunmuş ideologiya olduğunu söylədi.
Mövlud Çavuşoğlu "Twitter" hesabında "Euronews" də yer alan "Avstriyanın Baş naziri Sebastian Kurz: Ərdoğan Avropadakı türklərdən öz məqsədləri üçün istifadə edir" xəbərinə istinad edərək, "Aİ və onun dəyərləri üçün əsas təhdid Kurzun təmsil etdiyi təhrif olunmuş ideologiyadır. Ksenofobiya, irqçilik və antiislamizmə söykənən bu çirkin siyasət çağımızın xəstə düşüncəsidir" ifadəsini işlədib.
"Euronews" də yer alan xəbərə görə, Alman qəzeti "Handelsblatt"a bəyanat verən Kurz Aİ sərhədlərinin qorunması və Yunanıstan ilə hərtərəfli həmrəylik içində olunmasının vacibliyini dilə gətirərək, Prezident Rəcəb Tayyib Ərdoğanı "qaçqınlardan silah olaraq istifadə etməkdə" ittiham edən açıqlama verib.



Әlaqәli Xәbәrlәr