İbrahim Kalın vә Robert C. O’Brian Şәrqi Aralıq dәnizindәki son vәziyyәti qiymәtlәndiriblәr

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Amerika Birlәşmiş Ştatları prezidentinin  milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Robert C. O’Brianla telefon әlaqәsi saxlayıb.

1484470

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumatda vurğulanıb ki, tәrәflәr ikitәrәfli münasibәtlәr vә Şәrqi Aralıq dәnizindәki son vәziyyәti müzakirә ediblәr.

Görüşdә Türkiyәnin Şәqi Aralıq dәnizindә gәrginliyin tәrәfdarı olmadığı, bölgәdә Prezident Rәcәb Tayyib Әrdoğanın da vurğuladığı kimi әdalәtli pay bölgüsünün hәyata keçirilmәsinin әhәmiyyәti vurğulanıb.

Görüşdә hәmçinin Yunanıstanın gәrginliyin sәviyyәsini artıran vә beynәlxanq hüquq normalarını saymayan birtәrәfli tәlәblәrinin qәbuledilmәz olduğu,siyasi hәllә zәmin hazırlamaq üçün bu növ addımların atılmamasının vacibliyi qeyd olunub.

Türkiyәnin vә Kıbrısdakı Türk icmasının Şәrqi Aralıq dәnizindәki haqq vә maraqlarını müdafiә etmәk mәsәlәsindәki qәtiyyәtin vurğulandığı görüşdә Aralıq dәnizinin bir sülh dәnizi olması üçün hәr növ sәyin göstәrilәcәyi dilә gәtirilib.

Әlaqәli Xәbәrlәr