Türkiyә Sudanda әldә olunan sülh müqavilәsi ilә bağlı bәyanat verib

Türkiyә Sudan Keçid Hökumәti ilә silahlı qruplaşmalar arasında әldә olunan sülh müqavilәsini mәmnuniyyәtlә qarşılayıb.

1483132
Türkiyә Sudanda әldә olunan sülh müqavilәsi ilә bağlı bәyanat verib

 

Türkiyә Sudan Keçid Hökumәti ilә silahlı qruplaşmalar arasında әldә olunan sülh müqavilәsini mәmnuniyyәtlә qarşılayıb.

Xarici işlәr nazirliyindәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Sudan Keçid Hökumәti ilә silahlı qruplaşmalar arasında Cәnubi Sudanın ev sahibliyindә hәyata keçirilәn müzakirәlәr nәticәsindә dünәn Jubada әldә olunan müqavilәni mәmnuniyyәtlә qarşılayırıq’’.

Bәyanatda әldә olunan müqavilәnin Sudanın milli suverenliyi vә әrazi bütövlüyünün qorunması baxımından böyük әhәmiyyәt kәsb etdiyi bildirilib.

‘‘Türkiyә dost vә qardaş Sudanda sabitliyin tәmin olunması üçün göstәrilәn sәylәri dәstәklәmәyә davam edәcәk’’,-deyә bәyanatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr