Türkiyә ABŞ Dövlәt Departamentinin bәyanatına reaksiya göstәrib
Türkiyә Amerika Birlәşmiş Ştatlarının Hәmas sәlahiyyәtlilәrinin prezident Rәcәb Tayyib Әrdoğan tәrәfindәn qәbul edilmәsi ilә bağlı bәyanatına sәrt reaksiya göstәrib.
Türkiyә Amerika Birlәşmiş Ştatlarının Hәmas sәlahiyyәtlilәrinin prezident Rәcәb Tayyib Әrdoğan tәrәfindәn qәbul edilmәsi ilә bağlı bәyanatına sәrt reaksiya göstәrib.
Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәra yer verilib: ‘‘ ABŞ Dövlәt Departamenti prezidentimizin Hәmas sәlahiyyәtlilәrini qәbul etmәsi ilә bağlı bәyanat yayıb. Bu bәyanatı rәdd edirik. Qәzzada keçirilәn demokratik seçki yolu ilә iqtidara gәlәn Hәmasın qanuni tәmsilçisinin ABŞ tәrәfindәn terrorçu adlandırılması bölgәdәki sülh vә sabitliyin tәmin edilmәsinә töhfә vermәyәcәk''.
Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamenti prezident Rәcәb Tayyib Әrdoğanın keçәn hәftә Hәmasın nümayәndә heyәtini qәbul etmәsini tәnqid etmişdi.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.