Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyә Aralıq, Egey vә Qara dәnizlәrindәki haqqını alacaq’’

Әrdoğan Muşdakı Malazgird Milli Parkında Malazgird Zәfәrinin 949-cu ildönümü münasibәtilә keçirilәn tәdbirdә iştirak edib.

1479481
Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyә Aralıq, Egey vә Qara dәnizlәrindәki haqqını alacaq’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki,  Türkiyә Aralıq, Egey vә Qara dәnizlәrindәki haqqını alacaq.

Әrdoğan Muşdakı Malazgird Milli Parkında Malazgird Zәfәrinin 949-cu ildönümü münasibәtilә keçirilәn tәdbirdә iştirak edib. Tәdbirdә çıxış edәn Türkiyә prezidenti Şәrqi Aralıq dәnizindәki gәrginlik ilә bağlı bu ifadәlәri işlәdib: ‘‘Edәrik deyirsәk edәcәyik. Bizansa varis olmağa belә layiq olmayanların bu gün arxalarına avropalıları alaraq әdalәtsizlik, hüquqsuzluq vә piratçılığa yol vermәlәri tarixdәn  dәrs ala bilmәdiklәrini göstәrir’’.

Әrdoğan Türkiyәnin heç kimin torpağında, suverenliyindә vә marağında gözünün olmadığını, özünә aid olanlar mәsәlәsindә әsla güzәştә getmәyәcәyini bildirib.

‘‘Tәrәfmüqabillәrimizi sәhv  yoldan qayıtmağa dәvәt edirik. Türkiyә artıq sәbri, qәtiyyәti, imkanları vә cәsarәti  sınaqdan keçirilәcәk bir ölkә olmadığını hamının gösmәsini istәyir’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr