Sudana tibbi ləvazimat yardımı aparan təyyarə Xartuma çatıb

Türkiyədən yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Sudana göndərilən tibbi yardımlar paytaxt Xartuma çatıb.

1477486
Sudana tibbi ləvazimat yardımı aparan təyyarə Xartuma çatıb

Türkiyədən yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Sudana göndərilən tibbi yardımlar paytaxt Xartuma çatıb.
Türkiyənın Qızıl Aypara Cəmiyyəti  tərəfindən Sudana göndərilən tibbi yardım avadanlıqlarını daşıyan təyyarə Türkiyənin Xartumdakı səfiri İrfan Neziroğlu və sudanlı səlahiyyətlilər tərəfindən qarşılanıb.
Türkiyənin göndərdiyi süni tənəff, maska ilə qabaqlayıcı avadanlıqlardan ibarət 1236 bağlamanın Sudana çatdığını bildirən Neziroğlu "Türk xalqının və Prezidentimizin salamlarını da gətirdik" deyib.
Sudan Səhiyyə Nazirliyindən Afaf Şakir isə yardımlara görə Türkiyə və Türk xalqına minnətdarlığını çatdırıb.
Qeyd edək ki, epidemiya səbəbiylə bu günə qədər ölkədə 476 adam ölüb, 12 min 623 yoluxma hadisəsi qeydə alınıb.



Әlaqәli Xәbәrlәr