İbrahim Kalın: Liviyanın heç bir yerində hərbi həll yoluna üstünlük vermirik"

Prezident Aparatının sözçüsü İbrahim Kalın mərkəzi qərargahı Qətərdə olan Al Jazeera" telekanalına müsahibə verib.

1474833
İbrahim Kalın: Liviyanın heç bir yerində hərbi həll yoluna üstünlük vermirik"

"Liviyada siyasi həllin olacağına inanırıq".
Bunu Prezident Aparatının sözçüsü İbrahim Kalın mərkəzi qərargahı Qətərdə olan "Al Jazeera" telekanalına müsahibəsində deyib.
Kalın Türkiyənin Qətər və digər bir sıra ölkələrlə birlikdə Liviyadakı siyasi təşəbbüsləri dəstəkləmək üçün orada olduğunu söyləyib.
Liviyada siyasi həll yolunun mümkün olacağına inandıqlarını bildirən Kalın bir il ərzində Sirte və Cufrada hərbi yığınaq edildiyini və bundan narahat olduqlarını qeyd edib.
Bu vəziyyətin Liviyanın sülhü və ərazi bütövlüyü üçün təhlükə yaratdığını vurğulayan Kalın Türkiyənin Liviyanın bölünməsi ilə əlaqədar rəsmi və qeyri-rəsmi planların əleyhinə olduğunu qeyd edib və deyib:
"Türkiyənin Liviyanın heç bir yerində hərbi həll yoluna üstünlük vermədiyini, orada hərbi mübarizənin davam etməsini istəmədiyimizi hər fürsətdə dilə gətiririk. Liviyada hər hansı bir dövlətlə qarşı-qarşıya gəlmək istəmirik. Misirin Liviyanın qonşusu bir ölkə olduğunu və orada təsisedici rol oynaya biləcəyinə inanırıq. Bizi həqiqətən narahat edən şey Rusiyanın orada Vaqner kimi muzdlu qulluqçularını yerləşdirməsi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafteri dəstəkləmək üçün Sudan, Niger və Çad kimi ölkələrdən muzdlular gətirməsidir".
Sirte və Cufranın silahlardan təmizlənməsi təklifinin qarşıdurmaların dayandırılması üçün nəzərdə tutulması vacib yaxşı bir fikir olacağını düşündüklərini ifadə edən Kalın "Liviya hökuməti məqbul şərtlərdə Sirte və Cufranın silahlardan təmizlənməsini təsdiqləsə, biz onları dəstəkləyəcəyik. Ancaq bu, ədalətli və şəffaf şəkildə aparılmalıdır. Bu şəhərlər siyasi həll yolu üçün bir pəncərə ola bilər" deyib.
Türkiyənin Aralıq dənizinin şərqində gərginlik istəmədiyini bildirən İbrahim Kalın Aralıq dənizinə sahili olan ölkələrin bölgədə sülh və rifahın olmasına töhfə verə biləcəyinə və ölkələrdə təbii sərvətlərin bərabər şəkildə bölüşdürülə biləcəyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr