"Liviyada BMT-nin tanıdığı qanuni hökumətin yanındayıq", H.Akar

Milli Müdafiə naziri Hulusi Akar Liviyada BMT-nin tanıdığı qanuni hökumətin yanında olduqlarını söyləyib.

1474438
"Liviyada BMT-nin tanıdığı qanuni hökumətin yanındayıq", H.Akar

Milli Müdafiə naziri Hulusi Akar Liviyada BMT-nin tanıdığı qanuni hökumətin yanında olduqlarını söyləyib.
Hulusi Akar, Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər ilə Təhlükəsizlik, Hərbi Əməkdaşlıq Anlaşma Memorandumu çərçivəsində görülən işləri araşdırmaq üçün Liviyanın paytaxtı Trabsulda səfərdədir.
Qarşılanma mərasimindən sonra Hulusi Akar Memorandum çərçivəsində qurulan Müdafiə Təhlükəsizlik Əməkdaşlıq və Təlim Yardım Müşavir Komandanlığına gəlib.
Hulusi Akar burada verdiyi açıqlamada "Biz BMT tərəfindən tanınan qanuni hökumətin yanındayıq. Liviyanın liviyalılara aid olduğunu söyləyirik. İnanırıq ki, liviyalı qardaşlarımızı ədalətli şəkildə dəstəkləməklə istədiyimiz nəticələrə nail olacağıq" deyib.
Səmimi mühitdə keçən işgüzar yeməkdə Qətərin Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyye və Liviyanın Müdafiə Nazirinin müavini Səlahəddin əl-Nimruş iştirak ediblər.



Әlaqәli Xәbәrlәr